Meksika USAID-in bağlanmasını dəstəkləyir
sizinxeber.az xəbər saytı

Meksika USAID-in bağlanmasını dəstəkləyir


Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) qurumun digər ölkələrin daxili işlərinə qarışması səbəbindən bağlanmalıdır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Meksika Prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransı zamanı deyib.

"USAID ilə əlaqəli o qədər çox şey var ki, o, həqiqətən də, bağlanmalıdır. Agentlik tədqiqat layihələrindən tutmuş hökumətlərdəki müxalifət qruplarına qədər hər şeyi maliyyələşdirib. Bu, Meksikada "Korrupsiya üçün meksikalılar" təşkilatı (tam adı "Meksikalılar Korrupsiyaya və Cəzasızlığa Qarşı" – red.) bu qurumdan dəstək alıb, bu sübut olunub. Bu agentlik niyə siyasətə qarışır?". – Şeynbaum qeyd edib.

Meksika liderinin sözlərinə görə, ABŞ başqa ölkələrə yardım və dəstək vermək niyyətindədirsə, onlar şəffaf olan başqa tipli kanallar açmalıdırlar.

Xatırladaq ki, ABŞ administrasiyası USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. ABŞ Prezidenti Donald Trampın qərarı ilə bu strukturun müvəqqəti rəhbəri vəzifəsinə ABŞ dövlət katibi Marko Rubio təyin edilib.

Oxşar xəbərlər

Dövlət Departamenti: USAID-in maliyyələşməsinin əksər hissəsi ABŞ-nin maraqlarına cavab vermir [xfgiven_updateblue][/xfgiven_updateblue]
USAID-in rəsmi saytı fəaliyyətini dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika Prezidenti: ABŞ-dən deportasiya olunan miqrantları qəbul etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika Prezidenti: ABŞ-dən deportasiya olunan miqrantları qəbul etməyəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika tarixində ilk dəfə qadın prezident ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər