BMT: Qəzzada atəşkəs aclığın qarşısını almağa kömək edib
İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs anklavda aclığın qarşısını əhəmiyyətli dərəcədə almağa imkan verib, lakin vəziyyət mürəkkəb olaraq qalır.
"Report" xəbər verir ki, bunu BMT-nin fövqəladə yardım koordinatoru və təşkilatın Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (OCHA) rəhbəri Tom Fletçer İsrail və Qəzza zolağına iki günlük səfərindən sonra "Associated Press"ə müsahibəsində bildirib.
"Düşünürəm ki, aclıq təhlükəsinin qarşısı böyük ölçüdə alınıb. Qida çatışmazlığı atəşkəsdən əvvəlki dövrlə müqayisədə daha aşağıdır", - o deyib.
Bununla belə, Fletçer qeyd edib ki, şərait hələ də acınacaqlıdır və insanlar humanitar böhran içərisindədir. "Əgər atəşkəs uğursuz olarsa və pozularsa, tezliklə aclıq geri qayıdacaq", - o vurğulayıb.
Fletçer İsrail və HƏMAS-ı atəşkəs şərtlərinə əməl etməyə çağırıb. O əlavə edib ki, Qəzza əhalisinin daha çox ərzaq, dərman, çadır və sığınacağa ehtiyacı var və anklavda yoluxucu xəstəliklərin yayılması təhlükəsi mövcuddur.
Qeyd edək ki, razılaşmaya əsasən, İsrail gündə 600 humanitar yardım yüklü maşının keçməsinə icazə verib. BMT-nin hesablamalarına görə, atəşkəsdən bu günə qədər anklavın ərazisinə 12 min yük maşını daxil olub.
Oxşar xəbərlər
ÜST Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etməyə çağırıb
Netanyahu: İsrail HƏMAS-ı məhv edəcək və bütün əsirləri geri qaytaracaq
İsrail bu gün 39 fələstinli məhbusu azad edəcək
HƏMAS: Qəzzada atəşkəs pozula bilər
İsrail və HƏMAS hərəkatı arasında atəşkəs sazişi imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












