Modi Parisdə keçiriləcək süni intellekt konfransının həmsədri olacaq
Hindistan Baş naziri Narendra Modi fevralın 10-11-də Parisdə keçiriləcək süni intellektin inkişafına dair konfransın həmsədri olacaq.
“Report” xəbər verir ki, bu barədə ANI agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bu sammitdə ABŞ vitse-prezidenti və Çin Dövlət Şurasının baş nazirinin müavini də iştirak edəcək.
Fransa səfəri zamanı Modi konfransda iştirakla yanaşı, aparıcı Fransa şirkətlərinin rəhbərləri ilə danışıqlar aparacaq.
Marseldə fevralın 12-də prezident Emmanuel Makronla görüşəcək. Məlumata görə, Hindistan bu şəhərdə yeni konsulluq açacaq.
Hindistan və Fransa arasında aerokosmik sənaye, mühərriklər və sualtı qayıqlar sahəsində əməkdaşlıq üzrə danışıqlar aparılır. Həmçinin, mülki nüvə energetikası sahəsində əməkdaşlıq müzakirə olunur.
Oxşar xəbərlər
Baş nazir: Hindistan Ukrayna-Rusiya münaqişəsinin həllinə töhfə verməyə hazırdır
Makron Hindistana səfər edəcək
Donald Tusk: Hindistan Ukraynada sülhün bərpasında rol oynaya bilər
KİV: Kiyev Hindistanı danışıqlarda vasitəçi kimi görmür
Modi Baydenlə Ukrayna və Banqladeşdəki vəziyyəti müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













