KİV: ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib
ABŞ yüzdən çox qanunsuz miqrantı Hindistana deportasiya edib.
“Report” CNN-ə istinadən xəbər verir ki, Pəncab ştatının rəsmiləri C-17 hərbi təyyarəsində ən azı 104 Hindistan vətəndaşının olduğunu bildiriblər.
Onlar Amritsar şəhərinə Amerika hərbi təyyarəsi ilə çatdırılıblar. Deportasiya edilənlərin əksəriyyəti Qucarat, Maharaştra və Pəncab ştatlarından olan şəxslərdir.
Adı açıqlanmayan ABŞ rəsmisinin məlumatına görə, uçuş bu cür əməliyyatlar üçün hərbi nəqliyyat vasitələrindən istifadə çərçivəsində ən uzunməsafəli uçuş olub.
Bir neçə gün əvvəl 200-dən çox Hindistan vətəndaşının deportasiya edildiyi barədə məlumat verilmişdi. Mənbələrin bildirdiyinə görə, bu, ABŞ-də qalma qaydalarını pozan hindistanlıların deportasiyası üçün təşkil ediləcək "çoxsaylı reyslər"dən birincisi olub.
Oxşar xəbərlər
ABŞ-də son bir ildə 270 mindən çox miqrantı deportasiya edilib
ABŞ qanunsuz miqrantları daşıyan təyyarəni Hindistana göndərib
Ötən ay Gürcüstandan 42 əcnəbi deportasiya edilib
Kipr ilin əvvəlindən yeddi minə yaxın miqrantı deportasiya edib
Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













