KİV: Kanada hökuməti Trampın onlardan yeni güzəştlər tələb edəcəyini düşünür
Kanada hökuməti düşünür ki, ABŞ Prezidenti Donald Tramp onları ticarət rüsumları ilə qorxutmağa davam edəcək və Ottavadan yeni güzəştlər əldə etməyə çalışacaq.
“Report” xəbər verir ki, bu barədə CBC telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Kanada rəsmiləri Trampın rüsumlar tətbiq etmək vədinə əməl etməməsindən məmnundurlar, lakin eyni zamanda onun Kanadadan bütün mümkün güzəştləri almaq üçün ABŞ-nin iqtisadi təsirindən istifadə edəcəyini gözləyirlər.
Mənbələr bildiriblər ki, Tramp rüsumları Amerikanın istehsal sektorunun yenidən qurulmasına və qazanc əldə etməyə kömək etmək üçün yol kimi görür. Eyni zamanda, bəzi mənbələr Trampın rüsumları ertələdiyi vaxtın sonuna qədər əlavə tələblər irəli sürəcəyindən narahatlığını ifadə edib.
Oxşar xəbərlər
Kanada ABŞ-dən 155 milyard dollarlıq mallara 25% cavab rüsumları tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bloomberg: Trüdo Tramp ilə görüşmək üçün Floridaya gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanadanın baş naziri Trampa xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanadanın Baş naziri Trampın tarif təhdidləri ilə bağlı təcili iclas keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanada ABŞ istehsalı olan spirtli içkilərə qadağa tətbiq edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













