Kanada ABŞ istehsalı olan spirtli içkilərə qadağa tətbiq edir
Kanadanın bəzi əyalətlərinin rəhbərləri ABŞ istehsalı olan spirtli içkilərin satışına qadağalar tətbiq etməyə başlayıblar.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Globe and Mail” qəzeti məlumat yayıb.
Buna səbəb ABŞ Prezidenti Donald Trampın Kanada mallarına 25 % ticarət rüsumları tətbiq etmək barədə elanı olub.
Britaniya Kolumbiyası, Ontario, Kvebek, Nova Skotiya, Manitoba, Nyufaundlend və Labrador və Şimal-Qərb Əraziləri əyalətləri ABŞ istehsalı olan spirtli içkilərin satışına qadağalar və ya məhdudiyyətlər elan ediblər.
Bəzi regionların rəhbərləri ABŞ-yə qarşı digər tədbirlər də elan ediblər.
Ontario əyalətinin rəhbəri Daq Fordun sözlərinə görə, bütün ABŞ şərabları, spirtli içkilər və pivələr Spirtli İçkilərə Nəzarət Şurasının topdansatış kataloqundan çıxarılacaq. Məhdudiyyətlər ABŞ-nin 35 ştatından 3,6 mindən çox məhsul adına şamil ediləcək. D.Ford istehlakçıları Kanadada istehsal olunan məhsullara keçməyə çağırıb.
Oxşar xəbərlər
İstanbulda saxta spirtli içkilər 15 gündə 34 nəfərin ölümünə səbəb olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuelada seçkilərlə bağlı sərhəd bağlanacaq, spirtli içkilərin satışı qadağan ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda spirtli içkidən 41 nəfər ölüb, 343 nəfər zəhərlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda saxta spirtli içkidən ölən Özbəkistan vətəndaşlarının sayı 23-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda saxta spirtli içki hazırlamaqda təqsirləndirilən dörd nəfər edam olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













