

“Taliban” "Radio Begum" radiostansiyasını bağlayıb, əməkdaşlar həbs edilib
Əfqanıstan hakimiyyəti “Radio Begum” qadın radiostansiyasını bağlayıb və iki əməkdaşını həbs edib.
“Sizinxeber.az” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə radiostansiyanın nümayəndələri məlumat verib.
Onlar həmkarlarının tezliklə azad olunmasını tələb ediblər.
“Taliban” hökumətinin İnformasiya Nazirliyi bildirib ki, radiostansiyanın fəaliyyəti çoxsaylı pozuntular səbəbindən yoxlamalar nəticəsində dayandırılıb.
“Radio Begum”un bəyanatına görə, Baş Kəşfiyyat İdarəsinin nümayəndələri əməkdaşlarla birlikdə Kabildəki radiostansiyanın ofisində axtarış aparıblar. Əməliyyat zamanı kompüterlər, telefonlar və s. müsadirə edilib, həmçinin radiostansiyada işləyən iki kişi saxlanılıb. Bəyanatda qeyd olunub ki, saxlanılanlar rəhbər vəzifə tutmayıblar.
"Sərhədsiz Sizinxeber.azyorlar" (RSF) beynəlxalq təşkilatı “Radio Begum”un fəaliyyətinə qoyulan qadağanın dərhal aradan qaldırılmasına çağırıb.
Oxşar xəbərlər
"Qarabağ"dan ayrılan futbolçunun Macarıstan klubuna keçidi rəsmiləşib
Polşada dövlət televiziyası, radio və xəbər agentliyi ləğv edilib
Samir Məmmədov: “Bu il Azərbaycanda 124 radio ötürücü istismara verilib”
Azərbaycanda radio yayımçılarına subsidiya veriləcək
İsmət Səttarov: "Azərbaycanda radio stansiyaların sayı 19-a çata bilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmamoğluya qarşı əməliyyatın səbəbi: milyonlar sayılır - Video
-
Lənkəranda məktəblilər Novruz bayramını coşqu ilə qeyd etdilər
-
Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub
-
ABB bu il rekord məbləğdə, 200 milyon manat dividend ödəyəcək - MÜSAHİBƏ
-
Bakı-Qazax yolunda maşın kanala aşıb - FOTO
-
Kreml Putin-Tramp telefon danışığının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB-1
