İsmət Səttarov: "Azərbaycanda radio stansiyaların sayı 19-a çata bilər"
Azərbaycanda radio stansiyaların sayı 19-a çata bilər.
"Report" xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov "Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı" adlı tədbirdə bildirib.
"Son 4-5 ildə radio stansiyaların sayı 2 dəfə artıb. Artıq 2 ədəd radio tezliyi tenderdədir. Əgər tenderi uğurlu keçsələr, Azərbaycanda stansiyaların sayı 19-a çatacaq. Təxminən 5 il əvvəl bu göstərici 10-11 idi. Biz faktiki olaraq radio stansiyaların sayını 2 dəfə artırdıq", - o vurğulayıb.
İ. Səttarovun sözlərinə görə, hazırda radio stansiyaları ümumölkə xarakteri daşıyırır: "Əvvəllər bu sahədə bölgələrdə böyük problemlər olurdu. İnsanlar bizə cəmi 1-2 stansiyaya çıxışlarının olduğu ilə bağlı müraciət edirdilər. Amma hazırda ölkədə 15 radio stansiya fəaliyyət göstərir. Hazırda vətəndaşların bununla bağlı geniş seçim imkanları var".
Oxşar xəbərlər
Azərbaycanda radiostansiyalar artırılacaq
Samir Məmmədov: “Bu il Azərbaycanda 124 radio ötürücü istismara verilib”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
