Türkiyə kəşfiyyatı Suriyada yeni əməliyyat keçirib, PKK-nın rəhbərlərindən biri öldürülüb
sizinxeber.az xəbər saytı

Türkiyə kəşfiyyatı Suriyada yeni əməliyyat keçirib, PKK-nın rəhbərlərindən biri öldürülüb


Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada yeni əməliyyat keçirib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Ayn Əl- Ərəb bölgəsi üzrə kəşfiyyat rəhbəri Mahmud Ağca öldürülüb.

Məlumata görə, o, 2015-ci ildə Türkiyədə baş tutan terror aktlarının əsas təşkilatçılarından olub. M.Ağca həmin terror aktları üçün Suriyadan partlayıcı maddə və terrorçu təminatını həyata keçirib.

Məlumat üçün bildirək ki, 2015-ci il ərzində Türkiyənin müxtəlif şəhərlərində ümumilikdə səkkiz terror aktı törədilib. Nəticədə ümumilikdə 550-ə yaxın adam ölüb.

O, 2006-cı ildən PKK/YPG terror təşkilatında fəaliyyət göstərdiyi bildirilir.

Oxşar xəbərlər

MİT əməliyyat keçirib, 50-dən çox insanın ölümünə səbəb olan terrorçu öldürülüb
Türkiyə kəşfiyyatı Suriyada PKK-nın məsul şəxslərindən birini öldürüb
Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb
MİT Suriyada əməliyyat keçirib, PKK-nın rəhbər şəxsi öldürülüb
Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 2 terrorçu öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər