Konqo DR-in şərqində sanitar böhran hökm sürür, insanlar su və tibbi yardımdan məhrumdur
Konqo Demokratik Respublikasının şərqində yerləşən Şimali Kivu əyalətinin inzibati mərkəzi olan Qoma şəhəri sanitar böhranla üz-üzə qalıb.
“Report” xəbər verir ki, bu barədə Afrika xəstəliklərə nəzarət və qarşısının alınması Mərkəzi “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
"Qomadakı vəziyyət getdikcə pisləşir. Təcili tədbirlər görməsək, koronavirusla müqayisə edilə bilən epidemiya ilə üzləşə bilərik. Bir milyondan çox insan içməli su, kanalizasiya və tibbi yardımdan məhrumdur", - təşkilatdan bildirilib.
Mərkəz Afrika ölkələrinin liderlərini fəlakətin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb. Xüsusilə, meymunçiçəyi virusunun mutasiyalarının yaranması təhlükəsi var, çünki əvvəllər epidemiya məhz Qomadan 21 ölkəyə yayılıb.
Qeyd edək ki, Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində (Şimali Kivu əyalətinin paytaxtı) hökumət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlərdə ölənlərin sayı 773 nəfərə çatıb. Üsyançılar şəhərə demək olar ki, tamamilə nəzarət edir.
Oxşar xəbərlər
Konqo DR-in şərqində bir həftə ərzində 770-dən çox insan ölüb
Konqo DR-nin şərqində 78 nəfər gəmi qəzasında həlak olub
KİV: Konqo DR-də hərbi qüvvələrlə üsyançılar arasında döyüşlərdə 17 nəfər həlak olub, yüzlərlə insan yaralanıb
KDR-in şərqində M23 üsyançıları Masisi şəhərini ələ keçiriblər
Konqo Demokratik Respublikasının şərqində üsyançılar Kambele şəhərini ələ keçiriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin







