Konqo DR-in şərqində bir həftə ərzində 770-dən çox insan ölüb
sizinxeber.az xəbər saytı

Konqo DR-in şərqində bir həftə ərzində 770-dən çox insan ölüb


Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində (Şimali Kivu əyalətinin paytaxtı) hökumət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlərdə ölənlərin sayı 773 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, çoxlu sayda meyit hələ də Qoma şəhərinin küçələrindədir. Çünki meyitxanalar həddən artıq doludur.

Ötən gün BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı və onun tərəfdaşlarının Konqo hökuməti ilə birlikdə yanvarın 26-dan 30-a kimi apardığı qiymətləndirmə əsasında 700 nəfər öldüyü, 2 800 nəfər yaralandığı məlum olub.

Qeyd edək ki, üsyançılar şəhərə demək olar ki, tamamilə nəzarət edir.

Oxşar xəbərlər

BMT Koqnoda döyüşlərdə 700 nəfər öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Konqo DR-də hərbi qüvvələrlə üsyançılar arasında döyüşlərdə 17 nəfər həlak olub, yüzlərlə insan yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konqo DR-nin şərqində 78 nəfər gəmi qəzasında həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konqonun Qoma şəhərində öldürülənlərin sayı 100 nəfəri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konqo Demokratik Respublikasının şərqində üsyançılar Kambele şəhərini ələ keçiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər