İspaniyada sürücülərin kütləvi etiraz aksiyası başlayıb
sizinxeber.az xəbər saytı

İspaniyada sürücülərin kütləvi etiraz aksiyası başlayıb


İspaniyada taksi sürücüləri sığorta qiymətlərinin artmasına görə kütləvi etiraz aksiyası keçiriblər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Elite Taxi Barcelona” assosiasiyası məlumat yayıb.

"Taksi sürücüləri sığorta qiymətlərinin 300 % artmasına etiraz olaraq Barselonanın "El-Prat" hava limanında etiraz aksiyası keçirirlər", - məlumatda qeyd olunur.

Bundan başqa, etirazçılar “Uber”, “Cabify” və “Bolt” kimi şirkətlərin onlayn özəl sərnişin daşıma xidmətlərinə qarşı çıxırlar.

Madridli taksi sürücüləri Barselonadakı həmkarlarını dəstəkləyiblər. Belə ki, “Taxi Project” assosiasiyası şəhərdə "sığorta sahəsindəki sui-istifadələrə" qarşı nümayişin başladığını bildirib.

Oxşar xəbərlər

Martinikdə etiraz nümayişləri davam edir
İsraildə etiraz aksiyası iştirakçılarının sayı 700 min nəfərə çatıb
Premyer Liqa klublarının azarkeşləri etiraz aksiyası keçirəcəklər
Müxalifət Belqradda növbəti etiraz aksiyası keçirib
Gürcüstanda parlament binası önündə etiraz aksiyası keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər