Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın müşavirləri Danimarka rəsmilərini onun Qrenlandiyanı almaq məsələsində ciddi olduğu barədə xəbərdar ediblər.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, indi Danimarka rəsmiləri yaxın müttəfiq və NATO üzvü ilə münasibətlərdə böyük nifaqa səbəb olmamaq üçün verəcəkləri cavabı diqqətlə təhlil edirlər.
Onların fikrincə, ABŞ-nin yeni seçilmiş Prezidentinin zarafat etdiyini düşünmək lazım deyil. Bunun əvəzinə böhrana yol verməmək üçün Trampın Qrenlandiya ilə bağlı bəyanatları ilə əlaqədar "açıq söhbət"ə başlamaq lazımdır.
Qeyd edək ki, Tramp yanvarın 7-də bəyan edib ki, Qrenlandiya milli təhlükəsizliyini təmin etmək, eləcə də Çin və Rusiyanın təhdidlərindən qorunmaq üçün ABŞ-nin tərkibinə daxil olmalıdır. Tramp hələ ilk prezidentlik dövründə (2019-cu ildə) söyləmişdi ki, ABŞ Danimarkanın tərkibində geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanı ala bilər. Qrenlandiya və Danimarka hakimiyyəti bu ideyanı absurd adlandırıb.
Oxşar xəbərlər
Qrenlandiya Baş naziri Trampın ada üzərində nəzarəti ələ almaq çağırışını tənqid edib
Qrenlandiya adasının satılmadığı Trampa xatırladılıb
Bild: Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb
Tramp: Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir
Trampın keçid komandası Panamaya qarşı hərbi gücün tətbiqini istisna edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
