Tramp ABŞ-də “Dəmir qübbə”yə bənzər sistemin yaradılması haqqında fərman imzalayacaq
sizinxeber.az xəbər saytı

Tramp ABŞ-də “Dəmir qübbə”yə bənzər sistemin yaradılması haqqında fərman imzalayacaq


Amerikanın yeni administrasiyası ABŞ-də İsrailin “Dəmir qübbə”sinə bənzər raketdən müdafiə sisteminin yaradılması haqqında fərmanlar hazırlayır.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun yeni rəhbəri Pit Heqset jurnalistlərlə söhbətində bildirib.

“Bu gün əlavə fərmanlar veriləcəyi gözlənilir ki, biz bunu tam dəstəkləyirik”, - o deyib.

Heqsetin sözlərinə görə, fərmanlar ABŞ Müdafiə Nazirliyində müxtəliflik, bərabərlik və inklüzivlik (DEI, diversity, equality and inclusion) proqramlarının aradan qaldırılması, COVID ilə bağlı tələblərə görə işdən çıxarılan hərbi personalın bərpası və ABŞ-də “Dəmir qübbə”nin yaradılması ilə bağlı olacaq.

“Bu, tez baş verəcək” deyən Heqset ölkənin müdafiə naziri kimi bu fərmanların operativ şəkildə həyata keçirilməsini təmin edəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl də dəfələrlə İsrailin “Dəmir qübbə”sinə bənzər müasir raketdən müdafiə sisteminin yaradılmasına başalayacaqlarını bəyan etmişdi.

Oxşar xəbərlər

KİV: Britaniya münaqişə vəziyyətində öz səmasını qoruya bilməyəcək
ABŞ-də Senat Pentaqonun yeni rəhbərini təsdiqləyib
Pit Heqset Pentaqonun rəhbəri vəzifəsinə başlayıb
Tramp inauqurasiyadan sonra ilk fərman və sərəncamlarını imzalayıb
Pentaqonun yeni rəhbəri müharibələrin qarşısını alacağına, onları aparmayacağına söz verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle