Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
sizinxeber.az xəbər saytı

Belarusda prezident seçkiləri baş tutmuş elan edilib


Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib, seçkilər baş tutub.

“Report” xəbər verir ki, bu barədə MSK sədrinin müavini Aleksey Başan bildirib.

Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xindyardır.

2020-ci il prezident seçkilərində seçici fəallığı 84,28 faiz təşkil edib ki, bunun da 41,70 faizi vaxtından əvvəl səs verib. Həmin vaxt səsvermədə iştirak edən seçicilərin 80,10 %-i A.Lukaşenkoya səs verib.

Oxşar xəbərlər

Belarusda prezident seçkiləri başlayıb
Belarusda prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayıb
Belarus MSK: Prezident seçkilərində yeddi namizəd iştirakını davam etdirəcək
Belarusda prezidentliyə namizədlərin təşviqat kampaniyası başlayıb
Moldovada prezident seçkiləri: Sandu qələbə qazanır - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər