Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanıldı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2026
23:20
ff aaaaaaa

Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanıldı

24 iy, 2026
23:20
387

Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanıldı

Ukraynanın Çerniqov şəhərində hərbçiləri blokpostda partlatmağa cəhd etməkdə şübhəli bilinən qız saxlanılıb. O, əsgərlərə “McDonald's” yeməyi adı altında, burgerin içərisində gizlədilmiş əldəqayırma partlayıcı qurğu verib.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Çerniqov vilayəti polisinin məlumatına istinadən xəbər yayıb.

Hərbçilər təhlükəsizlik qaydalarına uyğun hərəkət edərək paketləri dərhal blokpostdan və insanlardan uzaq məsafəyə aparıblar. Məhz bu addım onların həyatını xilas edib. Çünki paketlərdən birindəki burgerin içərisində əldəqayırma partlayıcı qurğu aşkar edilib.

Şübhəli şəxs Ukrayna Milli Polisi, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və prokurorluq əməkdaşlarının birgə əməliyyatı nəticəsində saxlanılıb.

Polisdən bildirilib ki, hazırda istintaq çərçivəsində zəruri prosessual tədbirlər davam etdirilir və saxlanılan şəxsə rəsmi ittihamın elan olunması məsələsinə baxılır. Hüquq-mühafizə orqanları iş üzrə əlavə təfərrüatların daha sonra açıqlanacağını bildiriblər.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul