Belarusda prezidentliyə namizədlərin təşviqat kampaniyası başlayıb
sizinxeber.az xəbər saytı

Belarusda prezidentliyə namizədlərin təşviqat kampaniyası başlayıb


Belarusda bu gün seçki kampaniyasının təşviqat mərhələsi başlayıb və 2025-ci il yanvarın 25-dək davam edəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Prezidentliyə namizədlər seçkiqabağı proqramlarını seçicilərə təqdim edəcəklər.

Belarus Mərkəzi Seçki Komissiyası (MSK) xatırladıb ki, prezidentliyə namizədlər seçki qanunvericiliyində müəyyən edilmiş formalarda seçkiqabağı təşviqat apara bilərlər: təşviqat materiallarının hazırlanması və yayılması, kütləvi tədbirlərin keçirilməsi (bina xaricində yığıncaqlar, mitinqlər və piketlər), seçicilərlə görüşlərin keçirilməsi, kütləvi informasiya vasitələrində çıxışlar, qanunla qadağan edilməmiş digər formalar.

Yerli icra və sərəncamverici orqanların qərarları ilə hər bir səsvermə məntəqəsinin ərazisində çap təşviqat materiallarının yerləşdirilməsi üçün xüsusi yerlər ayrılıb. Bu qərarlarla həmin orqanların rəsmi internet saytlarında tanış olmaq olar.

Belarusda prezident seçkiləri 26 yanvar 2025-ci il tarixinə təyin edilib. MSK tərəfindən prezidentliyə beş namizəd qeydə alınıb: hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak, Liberal Demokrat Partiyasının sədri Oleq Qaydakeviç, fərdi sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov.

Oxşar xəbərlər

Seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilir
İsmət Səttarov: Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını nəzarətdə saxlayır
MSK sədrinin müavini: Seçkiqabağı təşviqat başlayıb, namizədlər kifayət qədər fəaldır
Rövzət Qasımov: MSK bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır
Gürcüstan MSK partiyalara seçkiqabağı təşviqat qaydalarını əks etdirən sənəd göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər