KİV: Tramp Almaniya kanslerini tənqid edib
ABŞ Prezidenti Donald Tramp Almaniya kanslerini tənqid edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri bildirib.
Nəşrə danışan mənbələr bildiriblər ki, 2024-cü ilin dekabr ayında Tramp Florida ştatındakı Mar-a-Laqo malikanəsində ölkənin vitse-prezidenti Ceyms Devid Vens, sahibkar İlon Mask və başqaları ilə görüşündə Almaniya əleyhinə açıqlamalar verib.
Qeyd olunur ki, Tramp həmin gün Almaniya kansleri Olaf Şolts və Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merzini andiçmə mərasiminə dəvət edilməyəcəyini bildirib. Bundan əlavə, Tramp Mar-a-Laqoda iştirak edənlərə Almaniya hökumət başçısını darıxdırıcı adam hesab etdiyini bildirib.
Nəşrin iddiasına görə, həmin görüşdən bir neçə saat sonra Mask sosial şəbəkə hesabında yazıb ki, yalnız Almaniya üçün Alternativ (AfD) Partiyası ölkəni xilas edə bilər.
Oxşar xəbərlər
Tramp və Almaniya Kansleri Ukrayna ilə Rusiya arasında sülh perspektivini müzakirə edib
Ərdoğan Almaniya kanslerini qəbul edib
Almaniya kansleri Frankfurtda Zelenski ilə görüşüb
Tramp və Şolz Ukraynada davam edən müharibəni müzakirə ediblər
Trampla Putinin danışıqlarına hazırlıq görülür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













