Rəfah sərhəd-keçid məntəqəsinə nəzarət Fələstinə verilib
sizinxeber.az xəbər saytı

Rəfah sərhəd-keçid məntəqəsinə nəzarət Fələstinə verilib


Qəzza zolağında Misirlə sərhəddə yeganə sərhəd-keçid məntəqəsi olan Rəfahı Fələstin tərəfi idarə edəcək.

“Report” xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” qəzeti anonim mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, qərar İsrailin "Şin Bet", "Mossad" xüsusi xidmət orqanlarının və Misir kəşfiyyatının rəhbərlərinin Qahirədəki görüşündə qəbul edilib.

Tərəflər Fələstin administrasiyasının Rəfah sərhəd-keçid məntəqəsini "beynəlxalq müşahidə və BMT-nin monitorinqi altında" idarə etməsi ilə bağlı razılığa gəliblər.

Mənbə bildirib ki, əsas sərhəd-keçid məntəqəsinin açılacağı tarix hələ təyin edilməyib.

"İsrail dəhlizdən qoşunların qismən çıxarılmasını təklif edib, bununla razılaşmayan Misir isə qoşunların tam çıxarılmasında və müharibədən əvvəlki vəziyyətə qayıtmaqda israrlıdır", - mənbə nəşrə bildirib.

Oxşar xəbərlər

Misir və İsrail “Rəfah” keçid məntəqəsinin açılmasını müzakirə edir
Fələstin Rəfah keçid məntəqəsinin açılması təklifini rədd edib
KİV: Mahmud Abbas Misir ərazisindən Qəzzaya gedə bilər
İsrail İordaniya ilə bütün sərhəd keçidlərini bağlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər