KİV: Zelenski Trampın komandasına Rusiya ilə sürətli danışıqların təhlükələri barədə xəbərdarlıq edib
Ukrayna ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasına Rusiya ilə sürətli danışıqların təhlükələri barədə xəbərdarlıq edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.
Bildirilib ki, döyüş meydanında təşəbbüsü ələ keçirmədən Ukraynanı danışıqlara məcbur etmək fəlakətli nəticələrə gətirib çıxaracaq: “Ukrayna Kremlin öz arzusu ilə yox, zərurətdən danışıqlar aparmalı olduğunu qeyd edir”.
Həmçinin vurğulanıb ki, Trampın müşavirləri yaxın altı ayda Ukraynada müharibənin dayandırılmasında ciddi irəliləyişin olacağını proqnozlaşdırmırlar.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Tramp andiçmə mərasimindən sonra savaşı bitirmək üçün çalışacağını deyib. Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl söyləyib ki, müharibənin bu il başa çatması üçün hər şeyi edəcək.
Oxşar xəbərlər
KİV: Ukraynadakı müharibənin sülh yolu ilə həlli perspektivləri qeyri-müəyyən olaraq qalır
Medvedev: Bayden Qərblə Rusiya arasında nüvə münaqişəsinə çevrilə biləcək müharibəyə səbəb olub
Tramp: Rusiya - Ukrayna müharibəsi altı aya bitə bilər
KİV: Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər, siqnallar var
Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













