Slovakiyanın Baş naziri: Qərb gələcəkdə Ukraynanı qurban verə bilər
Ukrayna Rusiya ilə müharibə nəticəsində ərazilərinin üçdə birini itirəcək.
“Sizinxeber.az” xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiço Braziliyanın “Folha de S.Paulo” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Qərb 1938-ci ildə Çexoslovakiyanı qurban verdiyi kimi gələcəkdə Kiyevi də qurban verə bilər. Elə bir an gələcək ki, Qərb deyəcək: “Biz bacarmadıq, ona görə də Ukraynanı itirdik”.
Baş nazir hesab edir ki, Qərb Ukraynaya xarici qoşunların mövcudluğu kimi təhlükəsizlik təminatları təklif etməyəcək.
Qeyd edək ki, 1938-ci ilin sentyabrında Almaniya, İngiltərə, Fransa və İtaliya hökumət başçıları Münhen sazişini imzalayıblar. Bu sənədlə Çexoslovakiya Üçüncü Reyx hakimiyyəti, Polşa və Macarıstan arasında bölüşdürülüb.
Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin gələn il başa çatacağını istisna etmir.
Oxşar xəbərlər
Dmitri Medvedev: Ukrayna Rusiya ərazisidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dmitri Medvedev: "Ukrayna ərazisindəki xarici hərbi bazaları vuracağıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Qərb 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanmasına mane oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ institutu: Ukrayna ordusunda silah-sursat çatışmazlığı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliya Qərb ölkələrinin Ukrayna ilə bağlı görüşünü məqsədyönlü saymır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












