Kuba prezidenti ölkədə matəm günü elan edib
sizinxeber.az xəbər saytı

Kuba prezidenti ölkədə matəm günü elan edib


Kuba hökuməti yanvarın 20-ni Olqin əyalətində sursat anbarında baş vermiş partlayış nəticəsində hərbçilərin ölməsi ilə əlaqədar matəm günü elan edib.

“Report” xəbər verir ki, bu barədə ölkə Prezidenti Migel Dias-Kanel Bermudes sosial şəbəkədə məlumat verib.

“Olqin hərbi dairəsinin hərbi materiallarının saxlandığı tikinti sahəsində həlak olan igid hərbçilərin xatirəsinə yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik”, - o bildirib.

Xatırladaq ki, yanvarın 7-də sursat anbarında baş verən partlayışlar nəticəsində 13 hərbçi ölüb.

Oxşar xəbərlər

Gürcüstanda yanvarın 9-u matəm günü elan edilib
Kubada sursat anbarında partlayışlar nəticəsində 13 hərbçi ölüb
Braziliya Prezidenti təyyarə qəzası ilə bağlı üç günlük matəm elan edib
Kubada sursat anbarında partlayış nəticəsində 13 hərbçi ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər