Suriyanın xarici işlər və müdafiə nazirləri BƏƏ-yə gedib
Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şibani Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə gedib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA informasiya agentliyi məlumat yayıb.
Əş-Şibaninin başçılıq etdiyi nümayəndə heyətinə Suriyanın müdafiə naziri Murhaf Əbu Kasra və Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri Anas Həsən Həttab daxildir. Agentlik qeyd edib ki, Suriyanın yeni hökumətinin nümayəndələri BƏƏ-də ölkələr arasında əməkdaşlıq və koordinasiya perspektivlərini müzakirə edəcəklər.
BƏƏ Suriya nümayəndə heyətinin respublikada hakimiyyət dəyişikliyindən sonra səfər etdiyi üçüncü ölkə olub. Bundan əvvəl əş-Şibani, Əbu Kasra və Hattab Qətərə səfər edərək əmirliyin baş naziri, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşüblər. Yanvarın əvvəlində onlar Ər-Riyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə danışıqlar aparıblar.
Yaxın günlərdə Suriya nümayəndə heyətinin İordaniyaya səfəri planlaşdırılır.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı və Suriyanın XİN başçıları görüşüblər
Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub
Suriyanın xarici işlər və müdafiə naziri BƏƏ-yə səfər edib
Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər
Suriya XİN rəhbəri ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













