İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Əgər tərəflər istəsə, İsveçrə Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna böhranının həlli ilə bağlı görüşünə ev sahibliyi etməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə “Le Temps” qəzeti İsveçrə Xarici İşlər Nazirliyinin informasiya xidmətinin rəhbəri Nikolas Bidaultya istinadən yazıb.
“Bürgenştok sammitindən sonra Ukrayna, Rusiya və ABŞ sülhün bərqərar olması üçün istənilən diplomatik səyləri dəstəkləməyə hazır olduğumuz barədə mütəmadi olaraq məlumatlandırılıblar”, - deyə o qeyd edib.
Eyni zamanda qəzet yazıb ki, İsveçrə hakimiyyəti bu məsələdə təşəbbüs göstərməyəcək. Belə ki, konfederasiya iki lider arasında görüş keçirməyə hazır olan ölkələrin siyahısından sadəcə biridir.
Oxşar xəbərlər
Slovakiya Ukrayna üzrə sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır
Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib
İsveçrə XİN: Suriyada vasitəçi rolunu oynamağa hazırıq
WP: Putin və Tramp telefonla Ukraynadakı münaqişəni müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
