ABŞ-nin PUA-ları Britaniya aviaşirkətlərinin uçuşlarına mane olub
Birminhem hava limanı yaxınlığında ABŞ-nin strateji kəşfiyyat pilotsuz uçuş aparatı “RQ-4B Global Hawk”un sınaqları Böyük Britaniyanın əsas aviaşirkətlərini uçuşların vaxtını dəyişdirməyə məcbur edib.
“Report” xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti yazıb.
2024-cü ilin avqustunda ABŞ Hərbi Hava Qüvvələri İngiltərənin qərbindəki Ferforddan iki “RQ-4B Global Hawk” PUA-sını sınaqdan keçirib. Nəticədə “Jet2”, “easyJet”, “Ryanair” və “TUI” aviaşirkətləri Britaniyanın ikinci ən böyük şəhəri Birminhemə gedən 10 reysin marşrutunu dəyişdirilmək məcburiyyətində qalıblar.
Bundan sonra şirkət rəhbərləri Mülki Aviasiya İdarəsinə məktub göndərərək, Hərbi Hava Qüvvələrinin həftədə iki-üç dəfə bu cür uçuşlar həyata keçirmə planlarının 2800-dən çox sərnişinin uçuş gecikməsi ilə nəticələnəcəyi barədə xəbərdarlıq ediblər.
Bundan əlavə, aviaşirkətlər ABŞ-nin PUA-ları səbəbindən sərnişin reyslərinin uzadılmasının karbon emissiyalarının artması və aviabiletlərin qiymətlərinin yüksəlməsi demək olacağını bildiriblər.
Onlar həmçinin qeyd ediblər ki, ABŞ Hərbi Hava Qüvvələri planlarını bir neçə ay qalmış elan edib, baxmayaraq ki, mövcud qaydalara görə, Amerika tərəfi bunu hələ 2021-ci ildə etməli olub.
Oxşar xəbərlər
ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri Yəməndəki hədəflərə hücum edib
Ukraynalı pilotlar üçün Britaniyada keçirilən təlimlər başa çatıb
Böyük Britaniya müdafiə xərclərini artıracaq
Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb
ABŞ, Britaniya və Avstraliya süni intellektə malik PUA sınaqdan keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












