Şoltsun üzvü olduğu partiya “Taurus”ların Kiyevə verilməsinə qarşıdır
sizinxeber.az xəbər saytı

Şoltsun üzvü olduğu partiya “Taurus”ların Kiyevə verilməsinə qarşıdır


Almaniya Sosial Demokrat Partiyası (SPD) Berlində keçirilən federal konqresində Kiyevi “Taurus” qanadlı raketləri ilə təmin etməkdən imtina bəndini özündə əks etdirən seçki proqramını təsdiqləyib.

“Sizinxeber.az” xəbər verir ki, 60 səhifədən çox olan sənəddə Kiyevə dəstək üçün səylərə sadiqlik vəd edilib, lakin vurğulanıb ki, hərbi yardım ehtiyatlılıq və uzaqgörənliklə təmin edilməlidir:

“Axı bizim üçün vacibdir ki, Almaniya və NATO özləri münaqişə tərəfinə çevrilməsin. Bu baxımdan biz kansler Olaf Şoltsun Bundesverin anbarlarından qanadlı raketlərin çatdırılmaması ilə bağlı qərarını dəstəkləyirik”.

Kiyev uzun müddətdir ki, Berlindən təqribən 500 km uçuş məsafəsinə malik “Taurus” raketlərini istəyir. Olaf Şolts münaqişənin gərginləşməsindən qorxaraq onların Ukraynaya təhvil verilməsi ehtimalını dəfələrlə rədd edib.

Qeyd edək ki, Almaniya Sosial Demokrat Partiyası Olaf Şoltsu kansler vəzifəsinə namizəd seçib.

Oxşar xəbərlər

Almaniyada kanslerin üzvü olduğu partiya “Taurus”un Kiyevə verilməsinə qarşı çıxıb
Şolts yenə də Ukraynaya “Taurus” raketlərini göndərməkdən imtina edib
Kansler almaniyalı hərbçilərin Ukraynaya göndərilməsini istisna edib
ASDP Şoltsu kansler vəzifəsinə namizədliyini təsdiqləyib
Şolts: Almaniya Ukraynaya uzaqmənzilli "Taurus" raketlərini göndərməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər