Britaniya Çaqos bazasından istifadəyə görə Mavrikiyə 11 milyard dollar təklif edib
Britaniya Çaqos arxipelaqında yerləşən Dieqo-Qarsiya adasındakı hərbi bazadan 99 il istifadəyə görə Mavrikiyə ildə 90 milyon funt-sterlinq (110 milyon ABŞ dolları) ödəməyi təklif edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Financial Times (FT) öz mənbələrinə istinadən məlumat yayıb.
Oktyabrın 3-də Britaniya hökuməti Hind okeanının mərkəzində yerləşən Çaqos arxipelaqını onun suverenliyinə keçirmək üçün Mavrikiy ilə müqavilə bağladığını elan edib.
Eyni zamanda, əldə olunmuş razılaşmalara əsasən, Dieqo-Qarsiya adasındakı Britaniya-Amerika hərbi bazası ən azı 99 il fəaliyyətini davam etdirməlidir.
Daha sonra Mavrikinin yeni baş naziri Navin Ramqulam sazişin ilkin variantı ilə razılaşmadığını bildirib. Onun fikrincə, müqavilə indiki formada millətin gözlədiyi faydaları gətirməyəcək.
Oxşar xəbərlər
Britaniya Folklend adalarından imtina etməyəcək
Britaniyanın Çaqos adalarının suverenliyi barədə qərarı Fransa üçün nümunə olmalıdır - ŞƏRH
Britaniya Ukrayna üçün dronların alınmasına 9,5 milyon dollar ayıracaq
Britaniya Ukraynaya Beynəlxalq Yardım Fonduna 1,3 milyard dollardan çox vəsait toplayıb
Britaniya CO2 tutma obyektlərinin yaradılmasına 28,4 milyard dollar ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










