Trüdonun Liberal Partiyasının rəhbəri vəzifəsindən istefa verəcəyi gözlənilir
Kanadada Baş nazir Castin Trüdo yanvarın 6-da Liberal Partiyasının rəhbəri vəzifəsindən istefa verə bilər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Globe and Mail” yazıb.
Nəşr bildirib ki, siyasətçi bu postu milli partiyanın qurultayına qədər tərk etməyi planlaşdırır.
Bundan əvvəl Kanada Liberal Partiyasının deputatlarının çoxu Trüdonun istefasını tələb edib.
Qeyd edək ki,2024-cü ilin dekabrın 16-da Baş nazirin müavini və maliyyə naziri Kristia Friland Trüdo onu başqa vəzifəyə keçirmək qərarına gəldiyi üçün istefa verdiyini açıqlayıb. Həmin gün Mənzil, İnfrastruktur və İcmalar naziri Şon Freyzer hökumətdən istefa verdiyini açıqlayıb.
Bu, Baş nazirin kabinetinə nəzarət edə bilmədiyi üçün onun dərhal istefasını tələb edən müxalifətin və bir sıra ictimai xadimlərin tənqidinə səbəb olub. Üstəlik, bir neçə liberal deputat Trüdonun Kanada Liberal Partiyasının rəhbəri vəzifəsindən getməsinin lehinə çıxış edib.
Həmin axşam siyasətçi postunu tərk etmək fikrində olmadığını açıqlayıb. Dekabrın sonunda Kanada Yeni Demokratik Partiyasının lideri, əvvəllər Trüdoya sadiq olan Caqmet Sinq də söz vermişdi ki, onun partiyası 2025-ci ildə hökumətin istefasına səs verəcək.
Oxşar xəbərlər
Castin Trüdonun etimad reytinqi kəskin şəkildə aşağı düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanada Baş nazirinin istefası yenidən müzakirə ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Trüdonun partiyasından olan 50-dən çox deputat onun istefasını istəyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
50-dən çox kanadalı deputat baş nazir Trüdonun istefasını istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanada Baş nazirinin müavini istefa verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












