"Türkmənistan" aviaşirkəti Moskvadan İstanbul vasitəsilə Aşqabada reys təşkil edir
"Türkmənistan" aviaşirkəti dekabrın 30-31-də Moskva-Aşqabad reysinə biletləri olan sərnişinlərin Moskva-İstanbul-Aşqabad alternativ marşrutu ilə daşınmasını təşkil edəcək.
“Sizinxeber.az” Türkmənistanın "Orient" İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Qeyd olunub ki, Moskva-İstanbul marşrutuna kənar daşıyıcı cəlb ediləcək.
Bildirilib ki, "Türkmənistan" aviaşirkəti 30.12.2024 - 31.01.2025 tarixləri arasında Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reysləri dayandırıb. Reyslərin ləğvinin səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, geniş regionun bir neçə aviaşirkəti və ölkəsi - Azərbaycan, Qazaxıstan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra Rusiyanın bir çox şəhərlərinə uçuşları dayandırıb.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları”na məxsus Bakı – Qroznı aviareysini həyata keçirən “Embraer 190” təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
Türkmənistan Moskvaya uçuşları dayandırıb
İsrail aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya uçuşları dayandırıb
İsrail aviaşirkəti təyyarə qəzası səbəbindən Moskvaya uçuşları dayandırıb
AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırıb - SİYAHI
Fariz Rzayev: Bakı və Aşqabad qarşılıqlı faydalı əməkdaşlıq qurur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













