Fariz Rzayev: Bakı və Aşqabad qarşılıqlı faydalı əməkdaşlıq qurur
Bakı ilə Aşqabad arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial var.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Bakıda Türkmənistanın müstəqilliyinin 33 illiyinə həsr olunmuş tədbirdə bildirib.
“Azərbaycanla Türkmənistan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial var və bu baxımdan iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusilə qeyd etmək istərdim.
Eyni zamanda humanitar, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq üçün imkanlar var və bu imkanlar xalqlarımızın bir-birini daha yaxından tanımasına və əlaqələrimizin dərinləşməsinə kömək edəcək”, - o deyib.
Diplomat həmçinin Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
Vilnüsdə Azərbaycanla Litva arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub
Samir Şərifov Belarus xarici işlər nazirinin müavini ilə görüşüb
Şahin Mustafayev: Bakı enerji sahəsində Daşkəndlə əməkdaşlıq üçün böyük perspektivlər görür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
