Bəşər Əsədin qohumu Beyrut hava limanında saxlanılıb
sizinxeber.az xəbər saytı

Bəşər Əsədin qohumu Beyrut hava limanında saxlanılıb


Livan hakimiyyəti Beyrut beynəlxalq hava limanında Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşının saxlanıldığını bildirib.

Bu barədə “Sizinxeber.az” TASS-a istinadən məlumat verir.

Qeyd olunur ki, keçmiş prezidentin həbs olunmuş qohumu və onun qızı saxta pasportlarla Livanı tərk etməyə cəhd göstəriblər.

Dureyd Əsəd Suriyanın mərhum prezidenti Hafiz Əsədin (1930-2000) qardaşı, baş tutmayan çevriliş cəhdindən sonra 1984-cü ildən xaricdə yaşayan Rifat Əsədin oğludur. 2021-ci ildə Bəşər Əsəd 87 yaşlı əmisinə siyasi fəaliyyətlə məşğul olmamaq şərti ilə vətənə qayıtmağa icazə vermişdi.

Daha əvvəl ərəb mediası Dəməşqdə hakimiyyətin keçid hökumətinin əlinə keçməsindən sonra Rifat Əsədin ailəsi ilə birlikdə Livana köçdüyü barədə məlumat yaymışdı.

Rifat Əsədə qarşı İspaniya, Fransa və İsveçrədə korrupsiya və hərbi cinayətlərdə iştirak ittihamı ilə məhkəmə iddiası qaldırılıb. Lakin təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar istintaq dayandırılıb.

Oxşar xəbərlər

İsveçrə Əsədin əmisinə qarşı cinayət işini dayandıra bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusunun hücumu nəticəsində Bəşşar Əsədin general qardaşı ölüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Bəşşar Əsədin qardaşının başçılıq etdiyi diviziyanın qərargahını bombalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyanın Madriddəki səfirliyinin eyvanında rəsmi bayraq dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər