Klinton xəstəxanaya yerləşdirilib
ABŞ-nin keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “NBC News” Klinton komandasının rəhbər müavini Anxel Urenya açıqlayıb.
“Prezident Klinton bu gün günortadan sonra qızdırma qalxdıqdan sonra test və müşahidə üçün MedStar Corc Taun Universitet Xəstəxanasına yerləşdirilib. Onun əhval-ruhiyyəsi yaxşıdır və aldığı mükəmməl qulluğa görə dərin minnətdarlığını bildirir”, – sabiq ölkə başçısının nümayəndəsi yazıb.
Qeyd edək ki, Bill Klinton 1946-cı ilin avqust ayının 19-da Arkansas ştatında anadan olub. İlk prezidentlik müddətindən əvvəl o, doğma ştatının baş prokuroru və qubernatoru olub.
Klinton ilk dəfə 1992-ci ilin noyabrında prezident seçkilərində qalib gəlib. O, Respublikaçılar Partiyasından olan namizəd, fəaliyyətdə olan prezident Corc Buşu (ata) səslərin 43 %-ni alaraq üstələyib (Buş 37,5% səs toplamışdı) və ABŞ-nin 42-ci prezidenti olub.
Onun ikinci prezidentlik müddəti 1996-cı ildən 2001-ci ilin yanvarın 20-dək davam edib. 1998-ci ildə Klintonun Ağ ev təcrübəçisi Monika Levinski ilə intim münasibətləri səbəbindən qalmaqal baş verib. ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar impiçment prosedurasına başlasalar da, Klinton bəraət alıb.
Hazırda o, ictimai fəaliyyətlə məşğul olur və dünya üzrə müxtəlif tədbirlərdə mühazirələrlə çıxış edir. Klintonun həyat yoldaşı Hillari senator (2001-2009), ABŞ dövlət katibi (2009-2013) vəzifələrini tutub və 2016-cı ildə seçki yarışında respublikaçı Donald Trampa məğlub olub.
Oxşar xəbərlər
ABŞ-nin keçmiş Prezidenti Bill Klinton xəstəxanaya aparılıb
Minnesota ştatının qubernatoru ABŞ-də vitse-prezident postuna rəsmən namizəd olub
KİV: Ukrayna Moskvaya çata biləcək raket hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
