Müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb, Baş nazir hakimiyyəti təhvil verməyə hazırdır - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb, Baş nazir hakimiyyəti təhvil verməyə hazırdır - YENİLƏNİB


Suriya ordusunun bölmələri müxalif qüvvələrin irəliləməsi fonunda Dəməşqin mərkəzini tərk edir.

Bu barədə “Sizinxeber.az” Əl-Cəzirə telekanalına istinadən xəbər verir.

Müxalifət qüvvələri Dəməşqin mərkəzi Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər.

Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.

Məhəmməd Qazi əl-Cəlali əlavə edib ki, dövlət qurumlarının fəaliyyətini təmin etmək üçün Dəməşqi tərk etməyəcək.

“Reuters” isə xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub.

05:39

Suriyanın paytaxtı Dəməşq şəhərində güclü atışma səsləri eşidilir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” yerli sakinlərə istinadən məlumat yayıb.

Atışma səslərinin şəhərin hansı hissəsindən gəldiyi hələlik bəlli deyil.

Bu barədə “CNN” bəzi Amerika rəsmilərinə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd gələn həftə hakimiyyətini itirə bilər. Qeyd olunub ki, ABŞ administrasiyasında belə bir ssenarinin getdikcə daha inandırıcı olması ilə bağlı artan konsensus var.

Dəməşq Beynəlxalq Hava Limanı təyyarələrin qəbulunu və göndərilməsini dayandırıb.

Oxşar xəbərlər

Suriya Baş naziri hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Suriya Ordusunun bölmələri Dəməşqi tərk edib, silahlılar paytaxta nəzarəti ələ keçirib - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dəməşqdə güclü atışma səsləri eşidilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya Prezidenti yeni hökuməti formalaşdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya ordusu Həma şəhərindən geri çəkilir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər