Bloomberg: Əsəd ABŞ administrasiyası və Trampla əlaqə saxlamağa çalışıb
sizinxeber.az xəbər saytı

Bloomberg: Əsəd ABŞ administrasiyası və Trampla əlaqə saxlamağa çalışıb


Suriya prezidenti Bəşər Əsəd vasitəçilərlə Amerikanın hazırkı administrasiyası və ABŞ-nin yeni seçilmiş lideri Donald Trampla əlaqə saxlamağa çalışıb.

“Report”un məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər verir.

Əsəd Qərbin ölkədə hərbi əməliyyatları dayandırmaq üçün müdaxiləsi müqabilində İranın dəstəklədiyi silahlı qruplarla əlaqələri kəsmək təklifi ilə Səudiyyə Ərəbistanı vasitəsilə Vaşinqtonla əlaqə saxlamağa çalışıb.

Bundan əlavə, Əsəd Macarıstanın baş naziri Viktor Orbanı müxalif qüvvələri hakimiyyəti ələ keçirəcəyi təqdirdə Suriyadakı xristianların üzləşə biləcəyi təhlükə barədə xəbərdar etməyə çalışıb. Trampla yaxşı münasibət saxlayan Orbanın bu məlumatı Amerika liderinə çatdıracağı güman edilib.

Oxşar xəbərlər

KİV: Bəşər Əsəd mühafizəçiləri ilə birlikdə Dəməşqdən qaçıb
KİV: Əsəd Türkiyə ilə təmaslar axtarmağa başlayıb
KİV: Bəşər Əsəd Türkiyə ilə dialoqdan imtina edib
Bayden sui-qəsd cəhdindən sonra Trampla əlaqə saxlaya bilməyib
KİV: Bəşər Əsəd Moskvadadır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər