Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
sizinxeber.az xəbər saytı

Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər


ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp Pentaqonun rəhbəri vəzifəsinə Florida qubernatoru Ron Desantisi təyin edə bilər.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır.

Qeyd edək ki, bir müddət əvvəl D.Tramp müdafiə naziri vəzifəsinə “Fox News” telekanalının aparıcısı və ABŞ Ordusunun veteranı Pit Heqsetin namizədliyini irəli sürüb.

Bunun səbəbi respublikaçıların Heqsetin keçmişdə zorlama ittihamları ilə bağlı narahatlığıdır ki, bu da onun namizədliyinin ABŞ Senatı tərəfindən təsdiqlənməsini şübhə altına alır.

WSJ mənbələrinin sözlərinə görə, Florida qubernatorunun təyin edilməsi məsələsi növbəti 48 saat ərzində həll olunmalıdır. O, artıq Pentaqonun rəhbəri vəzifəsinə mümkün namizədliyi barədə məlumatlandırılıb.

R.Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq uğrunda mübarizədə Trampın rəqibi olub, lakin yanvarda yarışdan çıxdığını və rəqibini dəstəklədiyini elan edib.

Oxşar xəbərlər

Tramp Pentaqonun rəhbəri vəzifəsinə teleaparıcının namizədliyini irəli sürüb
Trampın keçmiş müşaviri ABŞ-nin KTN rəhbəri ola bilər
CNN: Trampın vəkili ABŞ baş prokurorunun müavini ola bilər
Tramp energetika naziri vəzifəsinə namizədinin adını açıqlayıb
Tramp maliyyə naziri vəzifəsinə investor Bessenti təklif edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle