Tramp Pentaqonun rəhbəri vəzifəsinə teleaparıcının namizədliyini irəli sürüb
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp müdafiə naziri vəzifəsinə “Fox News” telekanalının aparıcısı və ABŞ Ordusunun veteranı Pit Heqsetin namizədliyini irəli sürüb.
“Report” xəbər verir ki, bu barədə Trampın keçid komandasının yaydığı bəyanatda bildirilir.
“Pit bütün həyatı boyu döyüşçü olub. Pit sərt, ağıllı və həqiqətən Amerikaya inanan biridir”, - Tramp açıqlamasında bildirib.
Trampın sözlərinə görə, Pit Heqsetlə ABŞ ordusu yenidən möhtəşəm olacaq.
Pentaqonun rəhbəri postuna Heqsetdən başqa Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers və istefada olan general-leytenant Keyt Kelloqun da namizədlikləri nəzərdən keçirilib.
Heqsetin 44 yaşı var, o, ABŞ-nin Əfqanıstan, İraq və Quantanamoda xidmət edən Milli Qvardiyasının veteranıdır. 2014-cü ildən “Fox” telekanalında işləyir. 2016-cı ildə Heqset, aralarında Marko Rubio da olmaqla respublikaçıların tənqidlərinə baxmayaraq, Trampın ilk məşhur tərəfdarlarından biri olub.
Oxşar xəbərlər
ABŞ-nin Ağ Ev Aparatına ilk dəfə qadın rəhbərlik edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Trampın dövründə Pentaqona Kristofer Miller rəhbərlik edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Conson: Tramp Ukraynada münaqişənin genişlənməsinə imkan verməzdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mask ABŞ seçkilərinin nəticələrini Trampla birlikdə izləyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Pompeo və Heyli yeni administrasiyaya dəvət edilməyəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












