Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
Noyabrın 18-dən 29-dək Finlandiyanın ərazi sularında və adalarda “Stingdantys veai 2024” (“Buzlu külək 2024”) beynəlxalq hərbi dəniz təlimi keçirilib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Litva Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
“Təlim zamanı Litva əsgərləri Finlandiya Sahil Batalyonunun kəşfiyyat bölüyü və ABŞ dəniz piyadaları ilə birlikdə ərazinin, adanın və obyektin kəşfiyyat və reyd missiyalarını yerinə yetiriblər. Təlim zamanı əsgərlər üçün ən böyük çətinliklər dağlıq və qayalıq ərazi, eləcə də son dərəcə sərt iqlim olub”, - məlumatda deyilir.
Məlumata görə, beynəlxalq təlimlərə taktiki səviyyədə yerüstü döyüş, desant, sahil müdafiəsi və liman müdafiəsi üzrə əməliyyatlar daxil edilib.
Təlimlərdə ABŞ, Fransa, Almaniya, Danimarka, İsveç, Estoniya, Latviya, Litva və Finlandiyadan ümumilikdə 4,5 minə yaxın əsgər və dənizçi, 30 gəmi iştirak edib.
Oxşar xəbərlər
Baltik dənizi regionunda NATO-nun yeni komanda mərkəzi fəaliyyətə başlayıb
Yaponiya və ABŞ 45 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb
Rusiya və Pakistan hərbçiləri birgə taktiki təlimlər keçirir
Azərbaycan Ordusunun döyüş gəmiləri və dəniz piyadalarının təlimi keçirilib - VİDEO
Rusiya gəmisi Finlandiyanın ərazi sularını pozub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












