KİV: Makron administrasiyası Barnye hökumətinin mümkün istefasına hazırlaşır
Yelisey Sarayı sentyabrda Baş nazir təyin edilmiş Mişel Barnyenin hökumətinin mümkün istefasına hazırlaşır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti mənbəyinə istinadən məlumat yayıb.
Məlumata görə, Fransa prezident administrasiyası Nazirlər Kabinetinə etimadsızlıq votumunu qaçılmaz hesab edir. Məsləkdaşlarının əhatəsində Makron ehtimal edib ki, yaxın günlərdə 2025-ci ilin dövlət büdcəsi layihəsinə səsvermə ilə əlaqədar hökumətə etimadsızlıq votumu elan oluna bilər.
“Prezident Barnye kabinetinin süqutunu gözləyir”, – nəşr mənbədən sitat gətirib.
Qəzet yazır ki, hazırkı Baş nazir və onun kabineti istefaya getsə, Fransa yenidən uzun müddət hökumətsiz qala bilər.
“Prezident düşərgəsində heç kim bu hadisənin təkrarını yaşamaq istəməz”, - qəzet prezident dairəsində hökm sürən rəylərdən sitat gətirib.
Qeyd edək ki, bundan əvvəl “Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen büdcə layihəsini tənqid edib və qanun layihəsinə dəyişiklik edilməyəcəyi təqdirdə etimadsızlıq votumunu dəstəkləmək niyyəti barədə xəbərdarlıq edib.
Oxşar xəbərlər
Fransada Mişel Barnye hökumətinə etimadsızlıq rəyi irəli sürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa prezidenti nazir vəzifəsinə namizədlərin siyahısını təsdiq etməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada solçular yeni baş nazirə etimadsızlıq votumu irəli sürəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada hökumətin yeni tərkibi ilə bağlı məsləhətləşmələr keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron bu gün Fransanın yeni baş nazirini təyin edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












