Meksikada cinayətkarların hərbçilərə hücumu nəticəsində 19 nəfər ölüb
Meksikanın Herrero ştatında 19 nəfər hərbçilərlə cinayətkarların toqquşmasının qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Harfuş bildirib.
"Hərbi qulluqçular bir neçə hücuma məruz qalıb. Nəticədə 17 hücumçu öldürülüb, 11 nəfər həbs edilib, iki bələdiyyə polisi həlak olub, dörd nəfər yaralanıb", - nazir Meksika Prezidenti Klaudia Şeynbaumun gündəlik mətbuat konfransında deyib.
Qarsiya Harfuş hücum edənlərin "Yeni insanlar" cinayətkar dəstəsinə aid olduğunu bildirib. Cinayətkarlar cümə axşamı səhər Tekpan-de-Qaleana kənd icmasına beş avtomobillə gəliblər, burada əvvəlcə rəqib "Los Qranados" qrupuna hücum etmək niyyətində olublar.
"Ordu bölmələri qarşıdurmanın və mülki əhaliyə zərər vurulmasının qarşısını alıb, həbslər aparılıb, 11 nəfər saxlanılıb ki, bu hadisələr cəzasız qalmasın", - nazir deyib.
Oxşar xəbərlər
Meksikada əsgərlər miqrantları atəşə tutub, 6 nəfər həlak olub
Meksikada naməlum şəxslər iki nəfəri güllələyib
Meksikada “Con” qasırğası 5 nəfərin ölümünə səbəb olub
Pakistanda terrorçu-kamikadzenin hücumu nəticəsində 4 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
