sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
“Hizbullah” İsrailin Hayfa limanı yaxınlığındakı hərbi-dəniz bazasına hücum edib
Livan təşkilatı “Hizbullah” Hayfa liman şəhərinin şimal-qərbində yerləşən İsrailin Stella Maris hərbi-dəniz bazasına kütləvi raket zərbəsi endirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə təşkilatın teleqram kanalında yerləşdirilən bəyanatda bildirilib.
Qeyd olunur ki, əməliyyat “Qəzza zolağında Fələstin xalqının sarsılmazlığını dəstəkləmək”, həmçinin “Livanı İsrail təcavüzündən qorumaq” məqsədilə həyata keçirilib.
Daha əvvəl “Hizbullah” dəstələri ilk dəfə olaraq Aşdoddakı hərbi-dəniz bazasına pilotsuz uçuş aparatları ilə zərbə endirib. Təşkilat dronların “hədəfləri dəqiq vurduğunu” iddia edib.
Oxşar xəbərlər
“Hizbullah” İsrailin kəşfiyyat bazasına yeni raket zərbəsi endirib
“Hizbullah” İsrailin Elyakim hərbi düşərgəsinə hücum edib
Hizbullah İsrailin hərbi kəşfiyyat bazasına raket zərbələri endirib
“Hizbullah” İsrailin Hayfa yaxınlığındakı hərbi düşərgəsinə hücum edib
İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













