Mexiko ətrafında torpaq sürüşmələri nəticəsində 15 nəfər ölüb
Meksikanın bəzi bölgələrində güclü yağışların səbəb olduğu torpaq sürüşmələri 15 nəfərin həyatına son qoyub.
“Report” xəbər verir ki, bu barədə xarici KİV yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən məlumat yayıb.
“Mexiko ştatının Mülki Müdafiə və Risklərin Kompleks İdarəetməsi İdarəsinin Koordinasiya Qərargahının məlumatına görə, indiyədək 6 ölüm və 3 yaralanma barədə məlumat verilib”, - Mexiko ştatının rəhbərliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, fövqəladə vəziyyət Naukalpan bələdiyyəsinin La Rakelito bölgəsində bir gün əvvəl yağan güclü yağışların səbəb olduğu sürüşmə nəticəsində baş verib. Ştat rəhbərliyi sürüşmənin şəxsi evə və Emiliano Sapata adına ibtidai məktəbə ziyan vurduğunu bildirib.
“El Universal” nəşrinin məlumatına görə, daha əvvəl Meksika paytaxtının digər şəhərətrafı qəsəbəsində - Mexiko ştatının Hilotsinqo bələdiyyəsində sürüşmə baş verib. Xilasedicilərin dağıntılar altından 5 nəfərin cəsədini çıxardığı, sürüşmə qurbanlarının ümumi sayının 9 nəfərə çatdığı vurğulanır.
Oxşar xəbərlər
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 7 nəfər ölüb
Efiopiyada 400 minə yaxın insan daşqınlardan zərər çəkib
Yəməndə daşqınlar 16 nəfərin həyatına son qoyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
