G20 liderləri BMT TŞ-da islahatların aparılmasının tərəfdarıdırlar
İyirmilik Qrupu (G20) ölkələrinin liderləri BMT Təhlükəsizlik Şurasında islahatın lehinə çıxış ediblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Braziliyanın Rio-de-Janeyro şəhərində 20 ölkədən ibarət G20 qrupunun keçirilən iclasının yekun bəyannaməsində deyilir.
Sənəddə deyilib ki, sammit iştirakçıları BMT Baş Assambleyasının dünya təşkilatının aparıcı məsləhətçi, qanunverici və nümayəndəlik orqanı kimi, o cümlədən Təhlükəsizlik Şurası ilə gücləndirilmiş və sadələşdirilmiş qarşılıqlı fəaliyyət yolu ilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məsələlərində rolunun gücləndirilməsini zəruri hesab ediblər.
İyirmi ölkənin liderləri Afrika, Asiya-Sakit okean regionu, Latın Amerikası və Karib hövzəsi ölkələri hesabına Təhlükəsizlik Şurasının tərkibini genişləndirməyə çağırıblar. Bundan əlavə, G20-yə üzv ölkələrin liderləri BMT-nin İqtisadi və Sosial Şurasının rolunun gücləndirilməsinin tərəfdarı olublar.
Oxşar xəbərlər
“G20” ölkələri BMT və ÜTT-də islahatların tərəfdarıdır
Braziliya BMT TŞ-nin daimi üzvü olmaq istəyir
CAR: Afrika ölkələrinin BMT TŞ-də bərabər səlahiyyətlərə ehtiyacı var
Braziliyada G20 sammiti başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
