“G20” ölkələri BMT və ÜTT-də islahatların tərəfdarıdır
“G20” ölkələri xarici işlər nazirlərinin sentyabrın 25-də keçiriləcək iclasında BMT və Ümumdünya Ticarət Təşkilatının təcili islahatlara ehtiyacı olduğunu bildirəcəklər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” sammitin kommünike layihəsinə istinadən məlumat yayıb.
Eyni çağırış Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının daxil olduğu “Bretton Woods” institutlarına da aid olacaq. Onlar 1944-cü ilin iyulunda ABŞ-ın Bretton-Vuds şəhərində keçirilən beynəlxalq konfransdan sonra yaradılıb.
Qeyd olunub ki, sənəddə nazirlər BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin (hazırda 5 ölkə var: Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa - Qeyd) sayının artırılmasını tələb edəcəklər.
Oxşar təkliflə Afrika, Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrinin nümayəndələrinin Təhlükəsizlik Şurasına daxil edilməsinin vacibliyini dəstəkləyən Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Avstraliya, Hindistan, ABŞ və Yaponiya - Qeyd) liderləri də çıxış ediblər.
“G20” ölkələrinin xarici işlər nazirləri həmçinin inkişaf etməkdə olan ölkələr üçün maliyyənin genişləndirilməsini təklif edəcəklər.
Oxşar xəbərlər
CAR: Afrika ölkələrinin BMT TŞ-də bərabər səlahiyyətlərə ehtiyacı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
