Braziliyada G20 sammiti başlayır
Braziliyanın Rio-de-Janeyro şəhərində 20 ölkədən ibarət G20 qrupunun iki günlük sammiti başlayır.
“Report”un xarici mətbuata istinadən xəbərinə görə, tədbirə G20 ölkələrinin və bəzi digər dövlətlərin liderləri, o cümlədən Anqola, Boliviya, Qətər, Kolumbiya, Misir, Malayziya, Nigeriya, Sinqapur və Vyetnamın rəhbərləri dəvət olunub.
Braziliya sədrlik dövrü üçün əsas mövzular kimi davamlı inkişaf, qlobal idarəetmə və institutların, o cümlədən BMT, Beynəlxalq Valyuta Fondu (BVF) və Ümumdünya Ticarət Təşkilatının islahatlarını, sosial inteqrasiyanı və aclıqla mübarizəni seçib.
Noyabrın 18-də Braziliyanın təklif etdiyi Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyansının rəsmi təqdimatı planlaşdırılıb. Alyansın məqsədi, xüsusilə ən həssas regionlarda ərzaq təhlükəsizliyinin təminatı üçün ölkələri, beynəlxalq təşkilatları və özəl sektoru hərəkətə keçirməyə təşviq etməkdir.
Braziliya həmçinin, bəyanata Ukrayna və Yaxın Şərqdəki münaqişələrin sülh yolu ilə həlli çağırışını da daxil etmək istəyir. "Sülhün təmin edilməsi barədə mesaj yalnız konkret münaqişəyə deyil, bütün münaqişələrə aiddir. Bu, Braziliyanın qlobal idarəetmə islahatlarına verdiyi önəmi təsdiqləyir. Bizə sülh lazımdır ki, beynəlxalq cəmiyyətin əsas hədəflərinə, yəni yoxsulluqla mübarizəyə və davamlı inkişafın irəlilədilməsinə, o cümlədən iqlim dəyişikliyi ilə mübarizəyə diqqət yetirə bilək", - sammitöncəsi Braziliyanın şerpası (G20 üzvü olan ölkənin liderinin etibarlı adamı-red) Maurisio Liriu bildirib.
Oxşar xəbərlər
Braziliya XİN başçısı: BMT Nizamnaməsinə yenidən baxılması təklifini planlaşdırırıq
Braziliyanın vitse-prezidenti: COP29 sammiti yüksək səviyyədə təşkil olunub
Lula da Silva: Braziliya Ukrayna-Rusiya münaqişəsində bitərəf qalacaq
ABŞ və Braziliya prezidentləri noyabrda görüşəcək
BMT: Cənubi Sudan əhalisinin yarıdan çoxu böhran səviyyəli aclıqla üzləşir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
