ABŞ-də iki atışma olub, ölən və xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

ABŞ-də iki atışma olub, ölən və xəsarət alanlar var


ABŞ-nin Yeni Orlean şəhərində iki atışma baş verib - 10 nəfər yaralanıb, iki nəfər ölüb.

“Sizinxeber.az”un xəbərinə görə, bu barədə yerli polisin saytında məlumat verilib.

İlk insident saat 15:38-də (Bakı vaxtı ilə saat 00:38) radələrində baş verib. Səkkiz zərərçəkən xəstəxanaya çatdırılıb, doqquzuncu yaralı isə özü yardım üçün müraciət edib.

Bundan 45 dəqiqə sonra polisə ikinci insident barədə məlumat daxil olub. Üç nəfər güllə yarası alıb.

“Dedektivlər məlumat toplamaq və bu hadisələrə görə məsuliyyət daşıyanları müəyyənləşdirmək və motivi müəyyən etmək üçün səylə çalışırlar. Hələlik əlavə məlumat yoxdur”, - yerli polis əlavə edib.

Oxşar xəbərlər

ABŞ-də məktəbdə atışma olub, 2 nəfər ölüb, 4 nəfər yaralanıb
ABŞ-da vəkil ofisində baş verən silahlı insidentdə üç nəfər ölüb
ABŞ-də atışma olub, ölən və xəsarət alanlar var
İrəvanda atışma olub, xəsarət alan var
Ermənistanda atışma olub, xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər