FTB Trampın qələbəsini proqnozlaşdıran bukmeker agentliyinin rəhbərinin evini axtarıb
sizinxeber.az xəbər saytı

FTB Trampın qələbəsini proqnozlaşdıran bukmeker agentliyinin rəhbərinin evini axtarıb


ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri noyabrın 5-də keçiriləcək prezident seçkilərində respublikaçı Donald Trampın qalib gələcəyini proqnozlaşdıran “Polymarket” bukmeker kontorunun direktoru Şeyn Koplanın mənzilində axtarış aparıblar.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən The New York Post (NYP) məlumat yayıb.

Reyd zamanı Koplanın telefonu və digər elektron cihazları götürülüb. Axtarışa nəyin səbəb olduğu izah edilməyib. Lakin nəşrin mənbələri şübhələnirlər ki, bu, bukmeker kontorunun ənənəvi sorğulardan fərqli olaraq Trampın vitse-prezident Kamala Harris üzərində asan qələbəsini dəqiq proqnozlaşdırdığına görə siyasi qisas ola bilər.

“Bloomberg” də öz növbəsində bildirib ki, Ədliyyə Nazirliyinin “Polymarket”ə qarşı başlatdığı araşdırma platformanın Əmtəə Fyuçers Ticarət Komissiyası tərəfindən 2022-ci ildə tətbiq edilən qadağasına baxmayaraq ABŞ rezidentlərindən mərcləri qəbul edə bilməsi ilə bağlıdır.

Oxşar xəbərlər

Bukmekerlər Trampın qələbə şansını 61 % səviyyəsində qiymətləndirirlər
NYT: Trampın komandası Harrisə qarşı kampaniya hazırlayır
FTB: Trampın yaxınlığındakı atışma sui-qəsd cəhdidir
Tramp 2022-ci ildə aparılmış axtarışa görə hökumətdən 100 milyon dollar təzminat tələb edəcək
FTB İranın Trampın seçki qərargahına kiberhücumunu araşdırdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər