Ağ Evdə Baydenlə Tramp arasında görüş olacaq
ABŞ Prezidenti Cozef Bayden çərşənbə günü Ağ Evdəki Oval kabinetdə yeni seçilmiş prezident Donald Trampla görüşəcək.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Karin Jan-Pyer bildirib.
Onun sözlərinə görə, görüş Şərq vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
Amerika mətbuatı qeyd edib ki, vəzifədən gedən və gələn ABŞ liderləri arasında bu cür görüşlər ənənədir və hakimiyyətin bir prezidentdən digərinə sülh yolu ilə ötürülməsinin başlanğıcını qeyd etmək məqsədi daşıyır.
Lakin 2020-ci ildə seçkidə uduzan Tramp məğlubiyyətini etiraf etməyib və bu adətə məhəl qoymayıb. O, həmçinin Baydenin 2021-ci ildə andiçmə mərasimində iştirak etməyib.
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçirilib. Respublikaçı Donald Tramp Demokratlar Partiyasının namizədi Kamala Harris üzərində inamlı qələbə qazanıb. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə planlaşdırılıb.
Oxşar xəbərlər
Bayden və Tramp noyabrın 13-də Vaşinqtonda görüşəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Harris Trampa məğlubiyyətini etiraf etmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Pompeo və Heyli yeni administrasiyaya dəvət edilməyəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Harris Trampı prezident seçkilərində qələbə münasibətilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin Ağ Ev Aparatına ilk dəfə qadın rəhbərlik edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












