KİV: Harris Trampa məğlubiyyətini etiraf etmək niyyətindədir
ABŞ-nin demokrat vitse-prezidenti Kamala Harris, güman ki, çərşənbə günü prezident seçkilərindəki rəqibi - respublikaçı keçmiş prezident Donald Trampa zəng vuracaq və seçkilərdəki məğlubiyyətini etiraf edəcək.
“Report” xəbər verir ki, bu barədə NBC telekanalı Harrisin iki köməkçisinə istinadən məlumat yayıb.
“Zəngin vaxtı hələ də müzakirə olunur. Harris hazırda çıxışı üzərində çalışır”, - telekanal adı açıqlanmayan köməkçidən sitat gətirib.
Eyni zamanda, Ağ Evin adı açıqlanmayan nümayəndəsi NBC telekanalına bildirib ki, ABŞ Prezidenti Cozef Bayden də çərşənbə günü Trampa zəng etmək niyyətindədir və bundan əlavə, seçkilərin nəticələri ilə bağlı ictimaiyyətə danışmaq istəyir.
Amma zəngin vaxtı və çıxışın məzmunu hələlik təsdiqlənməyib.
Xatırladaq ki, daha əvvəl Respublikaçılar Partiyasının namizədi Donald Trampın tələb olunan 270 seçici səsi həddini keçərək 277 seçicinin dəstəyini qazandığı və bununla da seçkilərdə qələbə qazandığı bildirilmişdi.
Oxşar xəbərlər
Sorğu: Kamala Harris potensial seçicilərin dəstəyini qazanıb
Harris Trampa birlikdə koqnitiv testdən keçməyi təklif edib
Trampa qarşı çıxan Respublikaçılar Harrisin kampaniyası üçün vəsait toplayıblar
Harris Trampla debatda qapalı mikrofon qaydası ilə razılaşıb
NYT: Trampın komandası Harrisə qarşı kampaniya hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













