İsrail parlamenti Müdafiə və Xarici İşlər nazirliklərinin yeni rəhbərlərini təsdiqləyib
Knesset (parlament) İsrael Katzın İsrailin yeni müdafiə naziri, Gideon Saarın isə xarici işlər naziri təyin edilməsini təsdiqləyib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Məlumata görə, parlament iclası noyabrın 7-də axşam Baş nazir Binyamin Netanyahunun Müdafiə Nazirliyinin əvvəlki rəhbəri Yoav Qalantın istefası barədə qərarının qüvvəyə minməsindən dərhal sonra başlayıb. Parlament Nazirlər Kabinetindəki dəyişiklikləri hökumətin qərarına uyğun olaraq və Saarın partiyası ilə "Yeni ümid - sağçı dövlətçilər" partiyalarının koalisiya sazişinin imzalanmasından sonra təsdiqləyib.
Yeni nazirlərin təyin edilməsi 58 parlamentari tərəfindən dəstəklənib, müxalifət səsvermədə iştirak etməyib. Koalisiya sazişinə əsasən, "Yeni ümid - sağçı dövlətçilər" Partiyasından olan daha bir deputat Zeyev Elkin İsrailin şimalında və cənubunda ərazilərin bərpasına cavabdeh olan Maliyyə Nazirliyində nazir vəzifəsində təsdiq edilib.
Çərşənbə axşamı axşam İsrailin Baş naziri Qalantı müdafiə naziri vəzifəsindən azad etmək və xarici işlər naziri İsrael Katzı onun yerinə təyin etmək qərarını açıqlayıb. Sonra Netanyahu portfelsiz nazir Gideon Saara Xarici İşlər Nazirliyinə rəhbərliyi təklif edib. Qalantın istefası 7 noyabr axşamı, nazirin Baş nazirin qərarı barədə bildirişindən 48 saat sonra qüvvəyə minib.
Oxşar xəbərlər
Estoniya prezidenti hökumətin yeni tərkibini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail hökuməti xarici işlər nazirinin dəyişdirilməsini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin müdafiə naziri istefaya göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransanın yeni hökumətində erməni nazirlər də yer alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












