Tramp prezidentlik yarışındakı nəticəsini siyasi qələbə adlandırıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Tramp prezidentlik yarışındakı nəticəsini siyasi qələbə adlandırıb - YENİLƏNİB


Donald Tramp prezidentlik yarışındakı nəticəsini ABŞ tarixində tayı-bərabəri olmayan siyasi qələbə adlandırıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.

Floridada tərəfdarları qarşısında çıxış edən Tramp hakimiyyətdə olacağı dövrün ABŞ tarixində həqiqətən "qızıl dövr" olacağına söz verib.

O, Ohayo ştatından olan 39 yaşlı senator Ceyms Vansı vitse-prezident vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.

11:12

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 277 seçicinin dəstəyini alaraq 270 seçici səs həddini keçib. Bu da onun seçkilərdə qələbə qazandığını göstərir.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Nümayəndələr Palatasının sədri Ceyms Conson Trampın ABŞ-nin seçilmiş prezidenti olduğunu açıqlayıb.

O, Florida ştatının Palm-Biç şəhərində tərəfdarlarına müraciət etməyi planlaşdırır.

ABŞ prezidentliyinə keçmiş müstəqil namizəd kiçik Robert Kennedi Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

"Trampı tarixi qələbəsi münasibətilə təbrik edirik",- o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Salvador Prezidenti Trampı təbrik edən ilk ölkə liderlərindən biri olub.

80 milyondan çox amerikalı erkən səs (şəxsən və ya poçtla) verib. Məlumata görə, 41% demokrat, 39% isə respublikaçı kimi qeydiyyatdan keçib.

Kamala Harris səsini poçtla göndərib, Doland Trump isə həyat yoldaşı ilə birlikdə Floridada səs verib.

Oxşar xəbərlər

Tramp 270 seçici həddini keçib, qalib gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Harrisi faşist adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Floridada prezident seçkilərində səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Donald Tramp Kentukki, Florida və İndiana ştatlarında liderdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp prezident seçkilərində 267 səslə liderlik edir - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər